Türkiyədə 2 əsgər şəhid olub

Türkiyədə 2 əsgər şəhid olub
# 09 iyul 2017 07:10 (UTC +04:00)

Türkiyənin Bitlis rayonunun Hizan qəsəbəsində PKK terrorçularının yola basdırdıqları partlayıcı qurğu hərbi maşın keçən zaman məsafədən partladılıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, yerli vaxtla ötən gecə saat 01.00-da Hizran-Tatvan yolunda baş verən partlayış nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər yaralanıb.

Bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün geniş miqyaslı anti-terror əməliyyatı başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR