Bakıda qadın döyülərək ağır xəsarət alıb

Bakıda qadın döyülərək ağır xəsarət alıb
# 26 dekabr 2019 23:16 (UTC +04:00)

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Təxminən 30 yaşlı qadın naməlum şəxslər tərəfindən döyülərək ağır xəsarət alıb. Şəxsiyyəti hələlik naməlum olan yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR