İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
# 09 mart 2018 07:45 (UTC +04:00)

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, 1 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vəliyev Şöhrət Vəlixan oğluna dostu Salyan rayon sakini Şirəliyev Asif Yadulla oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən ədyalın içərisində 0.463 qram narkotik vasitə - tiryək aşkarlanıb.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR