Naxçıvanda yeni yaşayış yeri aşkar edilib

Naxçıvanda yeni yaşayış yeri aşkar edilib
# 18 oktyabr 2016 13:34 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Naxçıvan şəhərində yeni yaşayış yeri aşkar edilib.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi məlumata görə, Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan şəhəri ərazisində apardığı araşdırmalar nəticəsində bu qənaətə gəlib. Şəhərin ərazisində, Naxçıvan çayının sağ sahilində yeni aşkar olunan yaşayış yeri erkən eneolit dövrünə aid edilir.

Vəli Baxşəliyev bildirib ki, yeni abidədə aşkar olunan bəzi keramika nümunələri və əmək alətləri Neolit dövrünün də varlığından xəbər verir. Yeni yaşayış yeri e.ə.VI-V minilliklərlə tarixləndirilə bilər. Tədqiqatçının fikrincə, gələcək araşdırmalar nəticəsində Naxçıvan şəhəri ərazisində məskunlaşma tarixini 8-9 min il bundan əvvələ aid etmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR