AMEA: 1991-2017-ci illərdə körpə ölümü hər 1000 nəfər diri doğulan uşağa görə 13,5-dən 18,7-yə kimi yüksəlib

AMEA: 1991-2017-ci illərdə körpə ölümü hər 1000 nəfər diri doğulan uşağa görə 13,5-dən 18,7-yə kimi yüksəlib
# 19 dekabr 2019 17:26 (UTC +04:00)

“2010-2017-ci illərdə ölkənin şəhər əhalisi arasında təbii artım əmsalı hər 1000 nəfərə görə 11,2-dən 7,4-ə, doğum əmsalı 17,2-dən 13,6-ya düşüb”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi Etibar Bədəlov “Azərbaycanın şəhər məntəqələrində davamlı demoqrafik inkişafın iqtisadi-coğrafi problemləri” mövzusunda məruzəsində deyib.

O bildirib ki, 1991-2017-ci illər ərzində hər 1000 nəfərə görə oğlanların sayı qızlara nisbətən 123,5 min nəfər çox olub, körpə ölümü hər 1000 nəfər diri doğulan uşağa görə 13,5-dən 18,7-yə kimi yüksəlib, boşanma göstəricisi isə 1,6-dan 1,9-dək artıb.

Müəllif məruzəsində davamlı demoqrafik inkişafın aspektlərini, iqtisadiyyat, məşğulluq, nəqliyyat, turizm, təhsil, səhiyyə, miqrasiya, məşğulluq və s. kimi sahələrdə demoqrafik inkişafın mənfi və müsbət xüsusiyyətlərini təhlil edib, müqayisəli olaraq Azərbaycanın qərb və şərq hissələrində hər 1000 nəfərə görə təbii artımın dinamikasını, yaş-cins tərkibini, əraziyə görə uzunömürlülüyü və s. göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR