Azərbaycan prezidenti əlcəzairli həmkarına təbrik məktubu göndərib

Azərbaycan prezidenti əlcəzairli həmkarına təbrik məktubu göndərib
# 31 oktyabr 2016 15:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: "Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və rifah diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR