Ağsaqqallar Şurasının rəhbərliyi Fəxri Xiyabanı ziyarət edib

Ağsaqqallar Şurasının rəhbərliyi Fəxri Xiyabanı ziyarət edib
# 10 dekabr 2016 09:03 (UTC +04:00)

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Şura üzvləri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər.

APA-nın məlumatına görə, F. Heydərov və Şura üzvləri Heydər Əliyevin və oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarına gül dəstələri düzüblər.

F. Heydərov jurnalistlərə açıqlamasında Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, müasir Azərbaycan dövlətinin əsası Heydər Əliyev tərəfindən qoyulub: “Heydər Əliyev XX əsrin ən işıqlı insanlardan biri idi. Onun yaratdığı şah əsər – Azərbaycan dünyanın hər yerində tanınır. Heydər Əliyev nümunəvi bir dövlət yaradıb. Heydər Əliyevin yolu, onun ideyaları Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR