Sabah Azərbaycanda 15 dərəcəyədək şaxta olacaq

Sabah Azərbaycanda 15 dərəcəyədək şaxta olacaq
# 02 fevral 2017 10:02 (UTC +04:00)

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, lakin günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti olacağı gözlənilir. Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 3-4- də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Lakin gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR