Ağır cinayətdə şübhəli bilinən şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunacaq

Ağır cinayətdə şübhəli bilinən şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunacaq
# 10 aprel 2017 15:02 (UTC +04:00)

Rusiyanın Ufa şəhər polisi ağır cinayət törətməkdə şübhəli bilinən şəxsi Azərbaycana təhvil verəcək.

APA-nın “cod02.ru” saytına istinadən verdiyi məlumata görə, həmin şəxs Azərbaycanda digər vətəndaşa hücum edib və sonra Rusiyaya qaçıb.

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən şəxsin Rusiyada qeydiyyat müddəti yanvar ayında bitib. O, aşkar ediləcəyindən ehtiyat edərək qeydiyyat müddətini uzatmamaq qərarına gəlib.

Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ekstradisiya proseduru ilə bağlı bütün sənədlər yaxın vaxtlarda hazır olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR