Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb
# 07 noyabr 2016 09:09 (UTC +04:00)

Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Astara rayonunun Şahağacı kəndində rayon sakini Rahim İmanov kanalda balıq tutarkən kanalın üstündən keçən yüksək gərginlikli kabelə dəyib və onu elektrik cərəyanı vurub. Xəstaxanaya yerləşdirilən R.İmanov orada ölüb.

Digər bədbəxt hadisə Lənkəran rayonunun Viyən kəndində qeydə alınıb. Orada yaşayan Əkrəm Hüseynov təmir işləri apardığı evdə hündürlükdən yıxılaraq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR