Türkiyə və Misir xarici işlər nazirləri arasında telefon danışığı olub

Türkiyə və Misir xarici işlər nazirləri arasında telefon danışığı olub
# 23 iyul 2017 13:14 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Misir xarici işlər naziri Samih Şükrü arasında telefon danışığı olub.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, telefon danışığı M. Çavuşoğlunun təşəbbüsü ilə baş tutub və Qüdsdə Əl-Aksa məscidi ilə bağlı məsələ müzakirə olunub.

Bu, Misirdə prezident Məhəmməd Mursinin devrilməsindən sonra iki ölkə arasında yüksək səviyyəli ilk təmasdır.

Qeyd edək ki, M. Çavuşoğlu Əl-Aksa məscidi ilə bağlı dünən Pakistan, İordaniya və Özbəkistan xarici işlər nazirləri ilə müzakirə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR