Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
# 24 oktyabr 2016 16:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarları iştirak edəcək.

Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək və Azərbaycan-Rusiya biznes forumu təşkil olunacaq. Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR