S. Kleq bildirib ki, bu, 81 faiz aktivlik demәkdir: “Hazırda 3317 idmançı media kәndindәdir. Könüllülәr hәr gün yüksәk göstәricilәr nümayiş etdirir, hәr kәs onlara minnәtdardır. Bu gün әrzindә 21 medal dәsti öz sahibini tapacaq. Dünәn internet sәhifәmizә 6 milyon insan daxil olub. Bugünkü idman yarışlarına bütün biletlәr satılıb. Cüdo üzrә idman yarışları bu gün başlayacaq. Voleybol üzrә yarımfinal keçirilәcәk, Türkiyә vә Azәrbaycan qarşılaşacaq. Fantastik ab-hava olacaq. Sabah Azərbaycanda milli bayram olduğu üçün 29 min tamaşaçının yarışları izlәmәsini gözlәyirik”.
S. Kleq bağlanış mərasimi üçün bütün biletlərin satıldığını və əlavə yerlərin açılmasının mümkünsüz olduğunu qeyd edib: “Bu әlamәtdar hadisәni izlәmәk istәyәnlәr dәnizkәnarı parka gedib bu prosesi böyük ekrandan izlәyә bilәrlәr”.