Ümumrusiya Azərbaycan Konqresinin bağlanmasına dair müraciət Milli Məclisdə etirazla qarşılanıb - YENİLƏNİB

Ümumrusiya Azərbaycan Konqresinin bağlanmasına dair müraciət Milli Məclisdə etirazla qarşılanıb - <span style="color: red;">YENİLƏNİB
# 07 aprel 2017 10:11 (UTC +04:00)

Ümumrusiya Azərbaycanı Konqresinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət Milli Məclisdə etirazla qarşılanıb.

APA-nın məlumatına görə, Milli Məclisin plenar iclasında çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərə ciddi xələl gətirmək istəyən qüvvələrin təhrikidir.


Azərbaycanda 300-dən çox rusdilli məktəb, o cümlədən Rusiya ali təhsil müəssisələrinin filiallarının fəaliyyət göstərdiyini xatırladan S. Novruzov qeyd edib ki, Rusiyadakı konqresin fəaliyyəti aktiv olub. Konqres bu ölkədəki azərbaycanlıları birləşdirən böyük təşkilatdır. O təklif edib ki, Milli Məclisdəki dostluq qrupu parlament adından bu barədə müraciət hazırlasın.

“Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşularla yüksək səviyyədə müttəfiqlik münasibətindədir. Rusiya ilə həmişə münasibətlərə böyük diqqət veririk. Ona görə də konqresimizin ləğvi barədə qərar həm iki dövlət, həm də iki dövlətin vətəndaşları arasında narazılıq yaradır” – deyə, deputat bildirib.

Deputat Zahid Oruc da bildirib ki, ÜAK-n qeydiyyatı ilə bağlı müraciət iki dövlət arasındakı strateji münasibətlərə uyğun deyil: “Ümid edirəm ki, bu məsələ Rusiya elitasına çatacaq və həll olunacaq”.

Deputat Elmira Axundova da ÜAK-ın güclü təşkilat olduğunu, bölgələrdə 74 şöbəsinin fəaliyyət göstərdiyini, üstəlik, yüzlərlə xeyriyyəçilik işlərini həyata keçirdiyini bildirib: “Guya sənədlərdə texniki problem olub. Amma səbəb başqadır. Rusiyada yüzlərlə erməni təşkilatı var. Bu yaxınlarda Rusiyada “Bolşaya Armeniya”, “Novo Naxiçevanskie” təşkilatları peyda olub. Bütün bu qanunsuz əməllərə nədənsə Rusiyanın müvafiq orqanları göz yumur. Əminəm ki, burada da erməni izi var”.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev də Konqresin Rusiya-Azərbaycan dostluğunun simvoluna çevrildiyini deyib: “Son 16 ildə hər iki dövlətin rəhbərliyi bu quruma etimad edib. Bu gün Rusiya Prezidenti Yanında İctimai Palataya məktub hazırlamışıq. Düşünürəm ki, onlar öz nüfuzundan istifadə edib Ali Məhkəmənin doğru qərar qəbul etməsinə öz töhfəsini verəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR