Gürcüstan İTV-nin Azərbaycan bölməsi fəaliyyətini genişləndirir

Gürcüstan İTV-nin Azərbaycan bölməsi fəaliyyətini genişləndirir
# 16 noyabr 2017 15:59 (UTC +04:00)

“Gürcüstanda yaşayan milli və dini azlıqların məsələləri üzrə iş İctimai Televiziya üçün prioritetə çevrilir”.

Televiziyadan APA-nın Gürcüstan bürosuna verilən məlumata əsasən, bu barədə ictimai yayımçının baş direktoru Vasil Mağlaperidze bildirib.

Onun sözlərinə görə, media strategiyası çərçivəsində bir neçə istiqamət nəzərdə tutulub: “Əsas istiqamətlərdən biri Gürcüstanda yaşayan milli azlıqlara informasiyanı onların öz dillərində çatdırmaqdır. Bununla yanaşı Azərbaycan və erməni dilli radio verilişlərin hazırlanması planlaşdırılır”.

V. Mağlaperidze qeyd edib ki, paralel rejimdə ictimai yayımçı regionlarda da işini gücləndirir: “Regionlarda milli və dini azlıqların mövzuları üzrə işləyən jurnalistlər seçiləcək. Bizim rəngarəngliyimiz böyük və vahid mədəniyyət yaradır. Bu, dövlətçiliyin simasını yaradır və biz buna çox böyük diqqət ayırmalıyıq”.

Qeyd edək ki, bu gün İctimai Televiziya və ölkədə yaşayan milli və dini azlıqların nümayəndələri arasında əməkdaşlıq memorandumu imzalanıb. İctimai Televiziyada yaradılacaq Məsləhətçilər Şurası memorandumun effektli şəkildə həyata keçirilməsinə yardımçı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR