Barselonada minalanmış avtomobil partladılıb

Barselonada minalanmış avtomobil partladılıb
# 30 noyabr 2017 21:47 (UTC +04:00)

Barselonada minalanmış avtomobilin partlaması nəticəsində bir nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis əməkdaşlı terror aktı hesab etdikləri hadisənin kriminal dairələr arasında ədavət nəticəsində törədildiyini bildirib.

Məlumata görə, insident Viladekans bələdiyyəsinin avtomobil dayanacağında baş verib. Hadisə nəticəsində iki avtomobil yanıb, yaxınlıqdakı 4 binanın sakinləri təxliyə olunublar.

Həlak olan şəxsin fahişəlik sahəsinə fəaliyyət göstərən kriminal qruplaşmanın üzvü olduğu bildirilir. Həmin şəxsin 2013-cü ildə La Junkera şəhərindəki “Paradiz” kompleksində törədilən partlayışla əlaqəli olduğu qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR