DİM sədri: “Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək”

DİM sədri: “Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək”
# 18 yanvar 2018 08:17 (UTC +04:00)

“Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək”.

APA-nın xəbərinə görə, bunu “Magistr” jurnalının çap olunacaq birinci sayında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ön söz”də bildirib. Qeyd olunub ki, birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq.

İmtahanın birinci mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarına həm qapalı (çoxseçimli), həm də açıq formalı test tapşırıqları daxil ediləcək.

Qəbul qaydalarına görə, imtahanın birinci mərhələsindəki nəticələri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilən müsabiqə şərtini ödəyən bakalavrlar ikinci mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi və ya qabiliyyət imtahanı vasitəsi ilə yoxlanılacaqdır. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR