Gəncədə iki qohum bir birini bıçaqlayıb

Gəncədə iki qohum bir birini bıçaqlayıb
# 27 yanvar 2018 22:26 (UTC +04:00)

Gəncədə bıçaqlanma olub. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində baş verib. Şəhər sakini 1989-cu il təvəllüdlü İsmayılov Elnur Arzu oğlu bacısı oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Arzu Qalıb oğlu ilə dalaşıb. Dava zamanı 17 yaşlı A. İsmayılov dayısının cənə və boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. E. İsmayılov isə bacısı oğlunu qarın nahiyəsindən bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR