DİN pambıqçıları daşıyan avtobusun aşması barədə məlumat yayıb

DİN pambıqçıları daşıyan avtobusun aşması barədə məlumat yayıb
# 28 oktyabr 2017 09:56 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda pambıqçıları daşıyan avtobusun aşması barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 27-də saat 17 radələrində Goranboy rayonunun Nadirkənd kəndi ərazisində Sarovlu kənd sakini Sabir Mahmudov idarə etdiyi “İsuzu” markalı avtobusu aşırıb. Nəticədə S. Mahmudovun sərnişinlərindən 14 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 11-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər 3 nəfərin müalicəsi davam edir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR