Əlcəzair yığmasının baş məşqçisi Bakı klubunda çalışacaq

Əlcəzair yığmasının baş məşqçisi Bakı klubunda çalışacaq
# 28 iyul 2015 09:58 (UTC +04:00)

Bakı – APA. “Lokomotiv”i yeni mövsümdə çalışdıracaq baş məşqçinin adına aydınlıq gəlib. Komandadan apasport.az saytına verilən məlumata görə, Super Liqanın gümüş medalçısını yeni mövsümdə italiyalı Fransua Salvaqni çalışdıracaq.

O, bu postda türkiyəli Bülənt Karslıoğlunu əvəzləyib. Karyerasında ciddi uğuru olmayan 44 yaşlı Salvaqninin qarşısına Super Liqada və Çempionlar Liqasında uğurlu çıxış etmək tapşırığı qoyulub.

“Dəmiryolçular”la müqavilə müddəti açıqlanmayan italiyalı Bakıya gəlincə, “Santeramo” (2006-2007), “Castelfidardo” (2007-2008), “Urbino” (2009-2012), “Çyeri” (2012-2014, hamısı İtaliya) və Əlcəzair millisini (2014-2015) çalışdırıb.

Qeyd edək ki, son mövsümə hollandiyalı məşqçi Teunis Buijislə start verən "dəmiryolçular"ı Super Liqanın son turlarında meydana Bülənt Karslıoğlu çıxarmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR