Bolnisidə 77 yaşlı azərbaycanlı kişi öz həyat yoldaşını güllələyib

Bolnisidə 77 yaşlı azərbaycanlı kişi öz həyat yoldaşını güllələyib
# 25 iyun 2015 21:52 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə barədə Gürcüstan Daxili İşlər Nazirliyindən APA-ya bildirilib. Bala Muğanlı kənd sakini, 1938-ci il təvəllüdlü Nəriman M. qısqanclıq zəminində ov tüfəngi ilə 1951-ci il təvəllüdlü həyat yoldaşı M. Səmərqəndi güllələyib. Qarın nahiyəsindən yaralanan Səmərqənd M. hadisə yerində keçinib. Həyat yoldaşını öldürən Nəriman M. özünü də sinəsindən güllələyib, lakin onu xəstəxanaya çatdırıblar. Marneuli xəstəxanasında həyata keçirilən cərrahiyyə əməliyyatından sonra Nəriman M. sağ qalıb. Hazırda onun vəziyyəti orta-ağırdır.

Polis hadisə yerindən ov tüfəngi götürüb.

Gürcüstan CM-nin 108-ci maddəsinin 11-ci bəndi əsasında qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi qaldırılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR