İranda ABŞ istehsalı silahların olduğu avtomobil aşkarlanıb

İranda ABŞ istehsalı silahların olduğu avtomobil aşkarlanıb
# 27 dekabr 2019 12:23 (UTC +04:00)

İran təhlükəsizlik qüvvələrinin əməkdaşları İsfahanda ABŞ istehsalı silahların olduğu avtomobil aşkarlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İsfahan əyalətinin prokuroru Əli İsfahani deyib.

Ə. İsfahani nəqliyyat vasitəsinin İranın qərbindən ölkəyə daxil olduğunu bildirib.

O qeyd edib ki, avtomobildəki silahların böyük əksəriyyəti ABŞ istehsalıdır və silahlar etiraz aksiyalarında istifadə üçün qanunsuz şəkildə ölkəyə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR