Şəkidə 4 hektar üzüm bağı yanıb

Şəkidə 4 hektar üzüm bağı yanıb
# 04 avqust 2015 07:04 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə üzüm bağı yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 3-ü günorta saatlarında rayonun Cəyirli kəndində kənd sakinlərinə məxsus üzüm bağlarında yanğın baş verib.

Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində sakinlərə məxsus 4 hektar ərazidə üzüm bağı və əraziyə bitişik 6 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb. Daha bir yanğın hadisəsi isə dağlıq ərazidə, rayonun Küdürlü kəndinin otlaq sahələrində baş verib. Yanğın nəticəsində 30 hektar sahədə quru ot və kol-kos yanıb. Hər iki yanğın hadisəsi zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR