Azərbaycan prezidentinin İrana rəsmi səfəri başa çatıb

Azərbaycan prezidentinin İrana rəsmi səfəri başa çatıb
# 05 mart 2017 17:28 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri martın 5-də başa çatıb.

APA-nın məlumatına görə, Tehranın “Mehrabad” hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola saldılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR