JTI mənfəətini 13% azaldıb

JTI mənfəətini 13% azaldıb
# 31 oktyabr 2016 12:46 (UTC +04:00)

"Japan Tobacco International" (JTI) cari ilin yanvar-sentyabr ayları ərzində xalis mənfəətini 13,4% azaldaraq 3,873 mlrd. dollara çatdırıb.

"APA-Economics" şirkətin hesabatına istinadən xəbər verir ki, tütün məmulatları istehsalçısının əməliyyat mənfəətini 8,5% artıraq 4,697 mlrd. dollar təşkil edib.

JTI mənfəətinin azalmasını məzənnələrin volatilliyi ilə izah edir. Şirkətin ixracı 9 ay ərzində 2,9% artıb.

JTI 1999-cu ildə təsis olunub. 2007- ci ildə JTI Böyük Britaniyanın "Gallaher Group PLC" şirkətini 9,4 mlrd. dollara funt sterlinqə alıb. Şirkətin qərargahı Cenevrədə yerləşir.

Qeyd edək ki, şirkətin portfelinə "Winston", "Camel", "Sobranie", LD kimi brendlər daxildir.

Şirkət Azərbaycanda "JTI Tobacco Azerbaijan" adı altında fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR