Azərbaycan Premyer Liqasının son 10 ilində ən çox oyun keçirən qapıçılar müəyyənləşib

Azərbaycan Premyer Liqasının son 10 ilində ən çox oyun keçirən qapıçılar müəyyənləşib
# 07 yanvar 2020 09:46 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının son 10 ilində həm müsbət, həm mənfi mənada fərqlənən qapıçıların adları məlum olub.

Apasport.az saytının 2010-19-cu illəri əks etdirən dövrlə bağlı araşdırmalarına görə, ən çox oyun keçirən, qapısında daha çox top görən qapıçılar müəyyənləşib.

Həmçinin orta göstəricilərdə ən etibarlı qolkiperlərin və etimadı doğrultmayanlar bəlli olub.

Səlahət Ağayev oyun sayında qapıçılar arasında vahid liderdir – 190 matç. Anar Nəzirov (170) 2-ci, Kamran Ağayev (152) 3-cüdür. Ən çox görüşə çıxan legioner qolkiper Saşa Stamenkoviçin hesabında 135 oyun var. İlk “beşliy”i Orxan Sadıqlı qapayır – 128 matç.

Ən çox qol buraxan isə Nəzirovdur. O, müxtəlif komandalarda üst-üstə 209 top buraxıb. İlk “üçlük”də Səlahət Ağayevlə (179) Orxan Sadıqlı (168) da var. Aqil Məmmədov 166, Kamal Bayramov 156 dəfə topu qapısında görüb.

Bayramov heç də ən çox oyun keçirənlər sırasında olmasa da, öz rekordu ilə diqqət çəkir. O, son 10 ildə 6 klubun formasını geyinib. Bunlar “Turan”, “Xəzər Lənkəran”, “Rəvan”, AZAL, “Zirə” və “Səbail”dir. Amma bu göstəricidə Kamalı da arxada qoyan kifayət qədər sahə oyunçusu da var. Lakin bu, tam ayrı mövzudur.

Əslində, qapıçıların buraxdığı qol sayı heç də reallığı əks etdirmir. Çünki daha çox qol buraxanlar əsasən matç sayında öndə olmalardır. Ona görə də orta hesabla hər matçda buraxılan top sayına nəzər salaq. Bunun üçün orta hesabla ildə heç olmasa 2 oyuna çıxan – yəni onillikdə 20 matç keçirənlərin göstəricilərinə baxmaq maraqlıdır.

Belə qapıçıların sayı 38-dir. Ən etibarlı qapıçı “Neftçi”nin sabiq legioneri litvalı Paulius Qribauskasdır. İkinci sırada “Qarabağ”ın sabiq əlcək sahibi İbrahim Şehiç, üçüncü pillədə “Bakı”da oynamış Edin Nuredinoskidir.

Ümumiyyətlə, ən etibarlı 6 qapıçı legionerdir. İlk “onluq”da isə cəmi 2 yerli qapıçı var.

Ən yaxşı azərbaycanlı qapıçı Rauf Mehdiyevdirsə, Kamran Ağayev “onluq”dakı digər təmsilçimizdir.

Müqayisə üçün Azərbaycan millisinin indiki qapıçılarından – son dövrlər komandaya çağırılanlardan Səlahət Ağayev 14-cü, Şahrudin Məhəmmədəliyev 23-cü, Emil Balayev 25-ci, Mehdi Cənnətov 32-cıdlr.

Orta hesabla ən çox top buraxan Elxan Əhmədovdur. Lukas Sapela bu göstəricidə 2-cidir. Bu iki qolkiper kimi Adnan Hodziçlə Rəşad Əzizli də hər matçda 1,5-dən çox qola üzülüb.

Ən azı 20 oyun keçirənlər

1

Paulius Qribauskas

23

-10

-0,43

2

İbrahim Sehiç

119

-67

-0,56

3

Edin Nuredinoski

24

-15

-0,63

4-5

Georgi Lomaya

117

-83

-0,71

Boyan Pavloviç

38

-27

-0,71

6

Dmitri Bezotosnı

117

-84

-0,72

7-8

David Pietrzkieviç

40

-34

-0,85

Rauf Mehdiyev

40

-34

-0,85

9

Kamran Ağayev

152

-135

-0,89

10

Marko Şarliya

62

-56

-0,90

11

Pavel Kapsa

57

-52

-0,91

12-13

Pavel Doroşev

72

-67

-0,93

Dmitri Kramarenko

29

-27

-0,93

14

Səlahət Ağayev

190

-179

-0,94

15

Fərhad Vəliyev

125

-119

-0,95

16-17

Amil Ağacanov

49

-51

-1,04

Stanislav Namaşko

68

-71

-1,04

18-19

Edis Kurtanoviç

26

-28

-1,08

Dieqo Kosta

25

-27

-1,08

20-21

Saşa Stamenkoviç

135

-147

-1,09

Cahangir Həsənzadə

89

-97

-1,09

22

Tadas Simaitis

53

-60

-1,13

23

Şahruddin Məhəmmədəliyev

59

-67

-1,14

24

Elşən Poladov

30

-36

-1,20

25

Emil Balayev

46

-56

-1,22

26

Anar Nəzirov

170

-209

-1,23

27

Ruslan Məcidov

42

-52

-1,24

28-29

Kamal Bayramov

119

-156

-1,31

Orxan Sadıqlı

128

-168

-1,31

30

Davud Kərimi

81

-113

-1,40

31

Aqil Məmmədov

117

-166

-1,42

32

Mehdi Cənnətov

39

-56

-1,44

33

Vyekoslav Tomiç

20

-29

-1,45

34

Andrey Popoviç

80

-119

-1,49

35-36

Adnan Hodziç

42

-64

-1,52

Rəşad Əzizli

42

-64

-1,52

37

Lukaş Sapela

43

-76

-1,77

38

Elxan Əhmədov

32

-60

-1,88

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR