Qubada ikimərtəbəli ev yanıb

Qubada ikimərtəbəli ev yanıb
# 20 dekabr 2019 21:03 (UTC +04:00)

Quba rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın İkinci Nügədi kəndində qeydə alınıb.

Hadisə zamanı ümumi sahəsi 100 kv/m olan ikimərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 50 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR