Gürcüstanda Kür çayı tullantılardan təmizlənir

Gürcüstanda Kür çayı tullantılardan təmizlənir
# 21 fevral 2017 12:39 (UTC +04:00)

Bu gün Kür çayının Gürcüstanın paytaxtı Tbilisidən keçən hissəsinin tullantılardan təmizlənməsi işinə başlanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, şəhər meriyası tullantıların təmizlənməsi üçün irimiqyaslı kompleks tədbirlər planı hazırlayıb. Təmizlənmə prosesi Kür çayının üzərində tikilmiş Ortacala Su Elektrik Stansiyasının sağ və sol hissəsindən və “Abxaziya” restoranının yanından başlayıb. Tədbirdə mer David Narmania, digər rəsmi şəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Meriyanın mətbuat xidmətindən bildirilib ki, Kür çayı uzun illər yığılıb qalan müxtəlif tullantılardan xüsusi avadanlıq vasitəsilə təmizlənir, çayın sahili boyunca olan ağaclarda budama işləri aparılır, SES-in işləməsinə mane olan quru budaqlar kəsilir.

Təmizləmə işi 10 gün davam edəcək.

D. Narmania deyib ki, Kür çayının təmizlənməsi çayın ekoloji təmizliyinə təsir edəcək və Tiflis şəhərinin havası da saf və təmiz olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR