Lerikdə avtomobilin dərəyə aşması nəticəsində dörd nəfər xəsarət alıb

Lerikdə avtomobilin dərəyə aşması nəticəsində dörd nəfər xəsarət alıb
# 07 noyabr 2017 11:12 (UTC +04:00)

Lerikdə avtomobil dərəyə aşıb, dörd nəfər ağır xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lerik-Orand yolunda Orand kənd sakini İsabala Sarıbala oğlu Əzimovun idarə etdiyi ”UAZ” markalı minik avtomobili idarəetmənin itməsi səbəbindən dərəyə aşıb.

Nəticədə sürücü və avtomobildə olan həmkəndliləri - Müseyib Qafar oğlu Həmidov, qardaşı Ramil və kimliyi hələlik məlum olmayan şəxs ağır xəsarət alaraq Lerik rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onları ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan Lənkəran RMX-na yola salınıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR