Şəmkirdə 29 yaşlı qadın dəm qazından zəhərlənib

Şəmkirdə 29 yaşlı qadın dəm qazından zəhərlənib
# 07 fevral 2017 16:36 (UTC +04:00)

Şəmkirdə dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dəllər qəsəbə sakini, 1988-ci il təvəllüdlü Gülnar İsmayılova dəm qazı zəhərlənməsi əlaməti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR