Gəncə sakini qəbul imtahanında 700 bal toplayıb - VİDEO

Gəncə sakini qəbul imtahanında 700 bal toplayıb - <span style="color: red;">VİDEO
# 27 iyul 2015 17:09 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bacı və qardaş qəbul imtahanında yüksək bal toplayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini Elçin Qasımov II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayıb. Bacısı, onunla eyni sinifdə oxuyan və eyni qrupda imtahan verən Gülçin Qasımovada qəbul imtahanında yüksək nəticə əldə edib. O, qardaşından 15 bal az, yəni 685 bal nəticə göstərib. Ziyad Qasımov övladlarının yüksək nəticə əldə edəcəklərinə əvvəlcədən inandıqlarını bildirib. Sınaq imtahanlarında da yüksək nəticə əldə etdiklərin bildirən Z. Qasımov övladlarının ADA və ölkənin başqa nüfuzlu universitetlərinin birində təhsil almaq istədiklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR