Oktyabrda dövri attestasiyadan keçə bilməyən və ya üzrlü səbəbdən iştirak etməyən rezidentlər üçün təkrar imtahan keçiriləcək.
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, imtahan noyabrın 10-da saat 14:00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) təşkil olunacaq.
İstifadəçi şifrəsini almayan rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-ə müraciət etməlidirlər.
Qeyd edək ki, VTM Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.