Bu il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlər artıb

Bu il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlər artıb
# 16 sentyabr 2017 09:50 (UTC +04:00)

2017-ci ilin yanvar-avqust ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,6% artaraq 5164,1 mln. manat olub. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3802,3 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,6%-ni təşkil edib.

Cari ilin yanvar-avqust ayları ərzində hər bir ölkə sakini orta hesabla 531,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 44,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR