Tovuzda binanın 5-ci mərtəbəsindən yerə yıxılan qadın sağ qalıb

Tovuzda binanın 5-ci mərtəbəsindən yerə yıxılan qadın sağ qalıb
# 13 iyul 2017 17:19 (UTC +04:00)

Tovuzda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Abbaszadə Nərmin Elçin qızı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilinin pəncərə şüşələrini silərkən ehtiyatsızlıqdan yerə yıxılıb.

Ağır xəsarət alan qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, N. Abbaszadə xalası qızının nişan mərasiminə hazırlıq məqsədi ilə evində təmizlik işləri aparırmış.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR