Qəbələdə çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Qəbələdə çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
# 25 sentyabr 2017 22:15 (UTC +04:00)

Qəbələdə çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Laza kəndi ərazisində çayı keçərkən 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı təhlükəsiz əraziyə çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR