Azərbaycanda sığortaçıların investisiya qaydaları hazırlanıb

 Azərbaycanda sığortaçıların investisiya qaydaları hazırlanıb
# 25 may 2018 07:25 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin təşkilatçılığı ilə “Sığortaçıların investisiya qaydaları” layihəsinin müzakirəsi baş tutub.

“ASA”dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə “İnvestisiya qaydaları” layihəsi sığortaçıların geniş müzakirəsinə səbəb olub. Onlar mövzu ilə bağlı daha əvvəl keçirilmiş görüşdə irəli sürülən təkliflər barədə fikir mübadiləsi aparıb, həmçinin, qəbul edilməyən təkliflərlə bağlı daha güclü əsaslandırma və arqument irəli sürməyin zəruriliyini qeyd ediblər.

Eyni zamanda, layihədə sığortaçılar üçün ziddiyyətli və mübahisəli hesab olunan hallar barədə müzakirələr aparılıb və bu kimi hallarla bağlı əlavə və düzəlişlər təklif edilib.

Görüşün yekununda mövzu ilə əlaqədar müvafiq orqanla görüş keçirilməsinin vacibliyi vurğulanıb və “Sığortaçıların investisiya qaydaları” layihəsinə dair irəli sürülən təkliflərin toplanaraq müvafiq orqana göndərilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR