“Bakcell”dən oğurluq edən şəxslər tutulub

“Bakcell”dən oğurluq edən şəxslər tutulub
# 24 sentyabr 2013 10:02 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda avtomobillərdən və mağazalardan oğurluq edən şəxslər tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşları tərəfindən Ruslan Hüseynov və Əlisahib Bədəlov oğurluq etdiklərinə görə saxlanılıb. Onların ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində bu şəxslərin Ömər Tanrıverdiyevə, Firəngiz Süleymanovaya, Təbiət Ağamalıyevə, Hikmət Mahmudova, Seymur Məmmədova məxsus avtomaşınlardan geyim əşyaları, səsgücləndirici, pul, sənədlər, eynək, maqnitofon, Təranə Mustafayevaya, Orxan Əsgərova, Səid Hüseynova məxsus mağazalardan isə pul, danışıq kartları, məişət əşyaları, tütün məmulatı, habelə “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətdən kondisioner hissəsi oğurlamaları da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR