Baytarlıq Xidməti: Xəstəliyə yoluxan heyvanların sayı azalmaqda davam edir

Baytarlıq Xidməti: Xəstəliyə yoluxan heyvanların sayı azalmaqda davam edir
# 27 sentyabr 2013 12:37 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) APA-ya daxil olan məlumatda bildirilib ki, hazırda 515 baş heyvanda simptomatik (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizminin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən müalicə) müalicə tədbirləri aparılır.

Qeyd olunub ki, bu virus xəstəliyinə görə müalicə edilən bütün heyvanlar həyat fəaliyyətlərini və məhsulvermə qabiliyyətlərini bərpa ediblər.

Xəstəliyin yayıma arealında və rayonların sayında da ciddi azalma müşahidə edilir. Belə ki, xəstəlik qeydə alınmış rayonların sayı 42-dən (xəstəlik Oğuz rayonunda da qeydə alınıb) 20-yə enib. Hazırda havaların nisbətən sərinləşməsi xəstəliyin azalmasına, virus daşıyan qansoran həşəratların aktivliyinin xeyli zəifləməsinə gətirib çıxarıb.

Məlumata görə, xəstəlik başlayandan indiyədək 153 baş iribuynuzlu heyvanın tələf olması qeydə alınıb. Bu isə ümumi müalicəyə cəlb edilmiş heyvanların 0.06 faizini təşkil edir: “Bir daha xatırladırıq ki, tələf olma hadisələri bu xəstəlikdən yox, yanaşı gedən, o cümlədən qan-parazitar və digər xəstəliklərdən baş verib. Tələf olan heyvanlar baytar həkimlərinin nəzarəti altında üzərinə xlorlu əhəng səpilərək basdırılır və ərazi dezinfeksiya edilir”.

Bildirilib ki, xəstəlik başlayandan indiyədək 209 baş iribuynuzlu heyvanda balasalma qeydə alınıb. Balasalma hadisəsi baş vermiş təsərrüfatlar da baytarlıq-sanitariya tədbirləri həyata keçirilmiş, ərazi dezinfeksiya olunub.

Xəstəliyə DBX tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə, sağlam heyvanlarda çimizdirilmə, ərazidə isə dezinfeksiya tədbirləri aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR