Macarıstanın Azərbaycandakı səfiri: “Macar tələbələrin Dağlıq Qarabağa səfər etməsi barədə məlumat dəqiqləşdirilir”

Macarıstanın Azərbaycandakı səfiri: “Macar tələbələrin Dağlıq Qarabağa səfər etməsi barədə məlumat dəqiqləşdirilir”
# 17 oktyabr 2013 13:52 (UTC +04:00)

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora (Zsolt Csutora) bildirib ki, yayılan bu xəbərlər daha çox yalana oxşayır: “Nəzərə alsaq ki, Ermənistanla Macarıstan arasında diplomatik əlaqələr kəsilib, bizim səfirliklərimiz fəaliyyət göstərmir, düşünürəm ki, bu, erməni mətbuatın uydurmasıdır. Səfirliyimiz Macarıstanın müvafiq qurumlarına sorğu göndərib ki, bu məlumatı dəqiqləşdirsin və öyrənsin ki, həqiqətənmi Balant Kovaç müəllim fəaliyyəti ilə məşğuldur və onlar necə Ermənistana gəlib çıxıblar”.

Səfir eyni zamanda əlavə edib ki, Macarıstan XİN rəsmi saytında mütəmadi olaraq Dağlıq Qarabağa səfər etməməklə bağlı məlumatlar yerləşdirir: “Orada deyilir ki, rəsmi Bakının icazəsi olmadan həmin ərazilərə səfər etmək qadağandır”.

Qeyd edək ki, Ermənistan mətbuatı B.Kovaçın rəhbərlik etdiyi macar tələbələrdən ibarət nümayəndə heyətin Ermənistana və Dağlıq Qarabağa 10 günlük səfər etməsi ilə bağlı məlumatlar yayıb. Məlumatlara əsasən, səfər zamanı macar tələbələr erməni həmkarları ilə görüşərək bildiriblər ki, hər iki xalq dost əlaqələrə malikdir və iki ölkə arasında münasibətlər davam etməlidir. Görüşlərdə B.Kovaç Dağlıq Qarabağı erməni mədəniyyətin ayrılmaz hissəsi adlandırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR