«TBC Kredit» korporativ istiqraz emissiyasının yerləşdirilməsini başa çatdırıb

«TBC Kredit» korporativ istiqraz emissiyasının yerləşdirilməsini başa çatdırıb
# 25 aprel 2013 10:11 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «TBC Kredit» bank olmayan kredit təşkilatı şəyata keçirdiyi korporativ istiqraz emissiyasının yerləşdirilməsini tam başa çatdırıb.

«TBC Kredit»dən «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 10 min manat, sayı 200 ədəd, emissiyanın ümumi həcmi isə 2 mln. manat təşkil edib. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «ADB Broker» MMC çıxış edib. Sözügedən qiymətli kağızların tədavül müddəti 360 gün, gəlirliyi illik 7%, faizlərin ödəniş dövrünün müddəti isə 90 gün təşkil edir.

«İstiqrazların buraxılışı bazarda böyük maraqla qarşılanıb və alınması üçün təklif həm yerli, həm də xarici şirkətlərdən gəlib. Beləliklə, istiqrazların ilk yerləşdirməsi çox uğurlu olub. Bizim üçün istiqrazların buraxılması əlavə alternativ maliyyələşdirmə alətidir ki, bu da yalnız xarici vəsait deyil, həm də yerli maliyyə institutlarından da vəsait cəlb edərək investisiyaları diversifikasiya etmək imkanı verir», - deyə «TBC Kredit»dən bildirilib.

Xatırladaq ki, «TBC Kredit» Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir, 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın «TBC Bank»ına, 25%-i isə ABŞ-ın «ShoreBank International Ltd.» təşkilatına məxsusdur. Hazırda «TBC Kredit»in nizamnamə kapitalı 10 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR