Londonda Suriya ərazisində terror aktları törətməkdə şübhəli bilinən şəxs həbs olunub

Londonda Suriya ərazisində terror aktları törətməkdə şübhəli bilinən şəxs həbs olunub
# 25 yanvar 2013 01:44 (UTC +04:00)

Bakı-APA. Londonun şərqində Suriyada terror aktları hazırlamaqda şübhəli bilinən 31 yaşlı şəxs həbs olunub. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland Yard məlumat yayıb. Saxlanılan şəxsin adı açıqlanmır.

Həbs olunan şəxs bu gün səhər məhkəmə qarşısına çıxarılacaq. Ona qarşı “terror aktların hazırlanması” ilə bağlı rəsmi ittiham irəli sürüləcək.

Qeyd edək ki, bu şəxs yanvarın 10-da saxlanmışdır, lakin altı gündən sonra polis onu hər-hansı bir ittiham irəli sürmədən sərbəst buraxmışdı.

Xatırladaq ki, bundan öncə polis britaniyalı fotoqrafı və Holland jurnalisti 2012-ci ilin iyulunda Suriyada qanunsuz azadlıqdan məhrum etmə ittihamı ilə 2 nəfəri həbs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR