“Amrahbank” ilin ən yaxşı HR komandası seçilib

“Amrahbank” ilin ən yaxşı HR komandası seçilib
# 18 noyabr 2015 09:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Amrahbank” noyabrın 16-da “P World” beynəlxalq şirkətinin təşkilatçılığı, “PAŞA Bank”ın, Fireworks HRM sərgi şirkətinin, AMCHAM təşkilatının sponsorluğu ilə keçirilən xarici ekspertlər qrupunun iştirak etdiyi “Baku HR Experience 3” (Bakı İnsan Resursları 3) adlı tədbir çərçivəsində orta ölçülü şirkətlər qrupunda “İlin HR komandası” müsabiqəsinin qalibi elan olunub.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, Azərbaycanda fəaliyyət göstərən ən nüfuzlu yerli və beynəlxalq şirkətlər, o cümlədən “Amrahbank”, “Germes Consulting”, “Nobel Oil Ltd”, “AzFen B.M.” və digər öndə gedən şirkətlər müxtəlif kateqoriyalar üzrə müsabiqədə iştirak ediblər.

Müsabiqədə iştirak etmək üçün müraciət edən şirkətləri beynəlxalq səviyyəli tanınmış ekspertlərdən təşkil olunmuş münsiflər heyəti qiymətləndirmişdir. “Strategy Focused HR” şirkətinin idarəetmə üzrə direktoru (managing director) cənab Ron Thomas, “Diageo” beynəlxalq şirkətinin Avropada İnsan Resursları üzrə keçmiş direktoru cənab Albert Hakkers, “Bristol-Myers Squibb” şirkətinin Fransada İnsan Resursları üzrə keçmiş vitse-prezidenti xanım Yolaine von Barczy, “Philips” şirkətinin Dəyişikliklərin İdarəedilməsi və Mədəniyyət məsələləri üzrə keçmiş qlobal rəhbəri və vitse-prezidenti xanım Teddy Frank, “Deloitte” şirkətinin Şimali Amerikada İnsan Resurslarının Təkmilləşdirilməsi üzrə rəhbəri cənab Dennis Frank münsiflər heyətinin üzvü kimi iştirak edib.

Qiymətləndirmə meyarlarına isə finala namizəd şirkətlərin son illərdə kadrların inkişafı üzrə əldə olunmuş irəliləyişləri, korporativ nailiyyətləri, kadrların idarəolunması siyasəti üzrə aparılan islahatları, işçi heyətinin artımı, korporativ tədbirlərin təşkili, iş mühitində mövcud olan şəffaf şərait, işçi heyətinin inkişafı üzrə yaradılmış perspektivlər və digər göstəricilər daxil edilib. “Amrahbank”ın son illər ərzində bu göstəricilər üzrə fəaliyyəti beynəlxalq ekspertlər tərəfindən çox yüksək qiymətləndirilərək orta ölçülü şirkətlər qrupunda “İlin ən yaşı HR komandası” üzrə keçirilən müsabiqənin final mərhələsinin qalibi elan edilib. Burada xüsusilə qeyd etmək istərdik ki, “Amrahbank” 2013-cü ildə də “Baku HR Experience 1” müsabiqəsində orta ölçülü şirkətlər qrupunda “İlin ən yaşı HR komandası” elan olunub.

1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ilk və aparıcı banklarından biridir. “Amrahbank” həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən “Beynəlxalq İnvestisiya Bankı” (www.iib-bahrain.com), 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Hal-hazırda 24 filialı və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı respublikanın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR