Bakı Dövlət Universiteti ilə Krakov İqtisad Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

Bakı Dövlət Universiteti ilə Krakov İqtisad Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
# 01 fevral 2013 09:40 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. Bu barədə APA-ya millət vəkili E. Süleymanovun ofisindən məlumat verilib.

Səfər çərçivəsində Krakov şəhərində yerləşən Strateji Təlimlər İnstitutunda, Krakov İqtisad Universitetində və Yagellon Universitetində görüşlər olub.

Strateji Təlimlər İnstitutunda sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycan Dövlət Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov və digər nümayəndələr çıxış edərək Bakı-Varşava əməkdaşlığının perspektivlərindən danışıblar.

Krakov İqtisad Universitetində keçirilən görüş zamanı ali məktəbin rektoru Andjey Çoçol və prorektor Andjey Sokolovski nümayəndə heyətinə universitet haqqında məlumat veriblər. Azərbaycan nümayəndə heyətinin üzvlərindən təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova çıxış ediblər. Nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov çıxışında iki ölkə arasında mövcud olan dostluq əlaqələrindən, əməkdaşlığın inkişaf perspektivlərindən söhbət açıb. Görüşün sonunda Bakı Dövlət Universiteti ilə Krakov İqtisad Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.

Krakovda sonuncu görüş XV əsrin əvvəllərindən fəaliyyət göstərən Yaqellon Universitetində keçirilib. Burada da Azərbaycan ali təhsil müəssisələrinin rektorları çıxış ediblər. Sonda Bakı Dövlət Universiteti ilə Yaqellon Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.

Fevralın 1-də görüşlər Varşavada davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR