Gürcüstan parlament komitəsinin sədri: “Məqsədimiz “Avropaya və Avroatlantik məkanına inteqrasiyadır”

Gürcüstan parlament komitəsinin sədri: “Məqsədimiz “Avropaya və Avroatlantik məkanına inteqrasiyadır”
# 29 aprel 2013 16:54 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. “Bu seminarın əhəmiyyəti böyükdür. Burda biz Gürcüstanın xarici siyasətinin aspektlərini belə tədbirdən istifadə edərək NATO kimi təşkilatın nəzərinə çatdırırıq.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Tiflisdə NATO-nun 83-cü sessiyasında iştirak edən Gürcüstan parlamentinin Avropa və Avroatlantik strukturlara inteqrasiya komitəsinin sədri, parlamentin deputatı Viktor Dolidze APA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, burada deyilən fikirlər həmişə təkrarlanıb və bütün NATO-ya üzv olan ölkələr bunu yaxşı bilirlər: “Buna baxmayaraq, bu tədbirin ölkənin istər daxili, istərsə xarici siyasət kursunda Gürcüstan üçün böyük əhəmiyyəti var. Bizim 1600 nəfər əsgərimiz Əfqanıstanda xidmət edir. Biz NATO-nun növbəti sammitinə hazırlaşırıq. Düşünürəm ki, bu beynəlxalq tədbir 2014-cü ildə baş tutacaq. Biz ümidvarıq ki, tədbirdə Gürcüstan NATO-ya daxil olmaqla bağlı razılaşma əldə ediləcək, buna görə də biz “ev tapşırığını” ciddi yerinə yetirməyə çalışırıq. Bu, bizə vacibdir. Biz Avropa və Avroatlantik məkana inteqrasiya olunacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR