Milli Məclisin Komitə sədri: “Azərbaycanda abort qadağan edilə bilər”

Milli Məclisin Komitə sədri: “Azərbaycanda abort qadağan edilə bilər”
# 21 iyun 2012 08:58 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib.

H. Rəcəbli bildirib ki, abortun qadağan olunması məsələsi Ailə Məcəlləsində və “Sağlamlığın qorunması haqında” qanunda öz əksini tapa bilər: “Uşağın cinsinə görə abort edilməsi ciddi fəsadlarla müşahidə olunur. Dünyanın bir sıra ölkələrində, Çində, İranda abort qadağan olunub. Abort vəhşilik, insanın öldürülməsi, eyni zamanda insanların seksual tərbiyəsinin aşağı olmasıdır”.

Komitə sədri qeyd edib ki, aborta qanunda istisna hal kimi, bir sıra xəstəliklərlə bağlı icazə verilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR