“Qalatasaray” və “Feyenoord” Qəbələyə gələcək

“Qalatasaray” və “Feyenoord” Qəbələyə gələcək
# 04 may 2012 14:55 (UTC +04:00)
Bakı – APA. “Qəbələ” futbol klubu daha bir möhtəşəm layihənin reallaşdırılmasına hazırlaşır. Lent.az-ın məlumatına görə, mayın 30-da Qəbələdə 15 yaşadək futbolçulardan ibarət komandalar arasında I QƏBƏLƏ KUBOKU adlı beynəlxalq turnir təşkil edəcək.

Məqsəd Azərbaycan futbolunun dünyada tanıdılması və Avropa futboluna inteqrasiya olunmaqdan ibarətdir. İyunun 4-dək davam edəcək turnirdə “Vilyareal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka) klubları və Serbiya yığması iştirak edəcək. Azərbaycanı isə “Qarabağ” və “Qəbələ” təmsil edəcək. Komandalar ilkin mərhələdə 2 qrupda mübarizə aparacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR