Ötən ay Avropada avtomobil satışının həcmində qismən artım müşahidə olunub

Ötən ay Avropada avtomobil satışının həcmində qismən artım müşahidə olunub
# 03 sentyabr 2009 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayında Avropa ölkələrində avtomobil satışının həcmində qismən artım müşahidə olunub.
«APA-Economics»in məlumatına görə, hesabat ayında Fransada minik avtomobillərinin satış həcmi ötən ilin avqust ayı ilə müqayisədə 7% artaraq 110 607 ədəd təşkil edib.
Buna baxmayaraq, İspaniya üçün avqust ayı bir qədər zərərli olub. Belə ki, avqustda İspaniyada minik avtomobili satışının həcmi 0,03% azalıb. Əgər ötən ilin avqust ayında İspaniyada 58 530 avtomobil realizə olunmuşdursa, ötən ay satılan avtomobillərin sayı 51 510 ədəd təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR