Bakı sakini 9-cu mərtəbədən yıxılaraq ölüb

Bakı sakini 9-cu mərtəbədən yıxılaraq ölüb
# 08 sentyabr 2009 09:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı sakini 9-cu mərtəbədən yıxılaraq dünyasını dəyişib. Bu barədə APA-ya Suraxanı rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə ötən gün rayonun Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1973-cü il təvəllüdlü İsmayıl Əliyev yaşadığı evin eyvanından yıxılıb. İ. Əliyev təcilli olaraq xəstəxanaya çatdırılsa da, aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR