VHP bələdiyyə seçkiləri ilə bağlı bəyanat verib

VHP bələdiyyə seçkiləri ilə bağlı bəyanat verib
# 24 noyabr 2009 12:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda namizədlərin qeydə alınması prosesi zamanı partiyanın namizədlərinə psixoloji və siyasi təzyiqlərin edildiyi bildirilir. Müxtəlif rayonların ərazisindəki bələdiyyələrə namizədliyi irəli sürülən VHP-çilərə imza verən vətəndaşlar icra nümayəndələri tərəfindən öz imzasından imtinaya məcbur edilib, bundan başqa, namizədliyi qeydə alınan partiya üzvləri şantaj, hədə-qorxu və yaxınlarının işdən kənarlaşdırılacağı təzyiqi altında namizədliklərindən imtinaya məcbur olunublar. Həmçinin bəzi seçki dairələrində imzaların saxta olduğu bildirilərək partiya üzvlərinin qeydiyyatdan imtina edildiyi də bəyanatda əksini tapıb. Bunun nəticəsi olaraq VHP-nin bir çox namizədinin prosesdən kənarda qaldığı, namizədliyi irəli sürülən 850 VHP üzvündən isə cəmi 310-nun qeydə alındığı qeyd olunub. VHP rəhbərliyi namizədlərin irəli sürülməsi və qeydə alınması zamanı baş verən antidemokratik, qeyri-qanuni təzyiqləri pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR