Azərbaycanda bir bank digərinə qarşı 6 milyon dollarlıq iddia qaldırıb

Azərbaycanda bir bank digərinə qarşı 6 milyon dollarlıq iddia qaldırıb
# 09 oktyabr 2015 11:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Bank Standart” QSC “Bank of Azerbaijan” ASC-ni məhkəməyə verib.

APA-nın məlumatına görə, “Bank Standart” QSC 6 128 000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib.

Həmin qərardadla razılaşmayan “Bank Standart” apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR